Dünya

CHP başkanı 150 min türk lirəsi təzminat ödəyəcək

03 Feb 2026, 02:36 2 baxış
CHP başkanı 150 min türk lirəsi təzminat ödəyəcək
CHP sədri Özgür Özel və partiyadan olan millət vəkili Murat Emir İstanbul baş prokuroru Akın Gürleki hədəf alan ifadələrinə görə hərəsi 150 000 Türk Lirəsi məbləğində təzminat ödəməli oldular. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul məhkəməsində keçirilən dinləmədə iddiaçı A.Gürlekin vəkili və cavabdehlər Ö.Özel və M.Emirin vəkilləri iştirak ediblər. Məhkəmə iddiaçının xeyrinə qərar verib. A.Gürlekin vəkili təzminat iddiasının təmin edilməsini istəyib. Digər tərəfdən, Özgür Özelin vəkili müvəkkilinin CHP sədri olduğunu xatırladıb və onun ifadələrinin siyasi tənqidi xarakter daşıdığını bildirərək ittihamın rədd edilməsini istəyib. Məhkəmə hakimi iddiaçıların xeyrinə qərar çıxararaq cavabdehlərinin hər birinin 150 000 Türk Lirəsi mənəvi təzminat ödəməsinə qərar verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər