Dünya
NATO-nun baş katibi Kiyevə səfər edəcək
NATO-nun baş katibi Mark Rütte fevralın 3-də Kiyevə səfər edəcək. Onun Ali Radada çıxış edəcəyi gözlənilir. Oxu.Az bildirir ki, bu barədə xalq deputatları Yaroslav Jeleznyak və Aleksey Qonçarenko bildiriblər. Məlumata əsasən, fevralın 3-də Ali Radanın 15-ci sessiyası açılacaq. Gündəliyə, digər məsələlərlə yanaşı, NATO-nun baş katibinin çıxışı da daxil edilib. "Sabah Ukrayna Ali Radasında Mark Rütte çıxış edəcək", - deyə A.Qonçarenko yazıb. "Açılış, NATO-nun baş katibinin çıxışı və bir sıra prosedur məqamlar planlaşdırılır", - deyə Y.Jeleznyak qeyd edib. M.Rüttenin Ukrayna paytaxtına gedəcəyi barədə hələ rəsmi məlumat verilməyib.
Mənbə
oxu.az