Dünya

Filippində bərə qəzasında ölənlərin sayı 42 nəfərə çatıb

02 Feb 2026, 17:34 2 baxış
Filippində bərə qəzasında ölənlərin sayı 42 nəfərə çatıb
Filippinin cənubunda "Trisha Kerstin 3" bərəsinin batması nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizə Xidməti məlumat yayıb. Məlumata görə, hadisə zamanı 316 nəfər xilas edilib. Məlumata görə, hadisə yerində xilasetmə əməliyyatları davam edir. Qeyd edək ki, daha əvvəl 36 nəfərin öldüyü bildirilirdi. Xatırladaq ki, Zamboanqa şəhərindən Coloya gedən sərnişin bərəsi yanvarın 25-də Basilan əyalətindəki Baluk adası yaxınlığında batıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər