Dünya
Rusiya ordusu Zaporojyedə bir kəndi tutdu
Rusiya ordusu Ukraynanın Zaporojye vilayətindəki Pridorojnoye kəndini nəzarətə götürüb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi kəndin Şərq qoşunları qrupunun bölmələri tərəfindən ələ keçirildiyini açıqlayıb. Rusiyalı hərbçilər düşmənin müdafiə xətlərini yararaq, dərinliklərə irəliləyə biliblər.
Mənbə
oxu.az