Şou biznes
"Qremmi"də üzük qalmaqalı: Billi Ayliş Net Vulffla nişanlanıb?
Məşhur müğənni Billi Ayliş Los-Ancelesdə keçirilən "Qremmi" mükafatlandırma mərasimində üzük taxaraq diqqət çəkib. Oxu.Az xəbər verir ki, bu hadisə Net Vulffla nişanlanması barədə söz-söhbətlərin yaranmasına səbəb olub. Müğənni hələ bu barədə heç bir açıqlama verməyib. Onların münasibətləri mart ayında Aylişin "Chihiro" klipindən sonra gündəmə gəlib - klipdə aktyor rol alıb. Bundan sonra cütlük birgə tez-tez görünüb, hətta pərəstişkarlar onları "Qremmi"dən birlikdə çıxarkən görüblər. İyun ayında isə paparatsiyalar onları Venesiyada istirahət edərkən çəkiblər.
Mənbə
oxu.az