Siyasət

Milli Məclis əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyanı ratifikasiya edib

02 Feb 2026, 15:11 2 baxış
Milli Məclis əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyanı ratifikasiya edib
Milli Məclis Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasını ratifikasiya edib. Oxu.Az xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirə edilib və bir oxunuşda qəbul edilib. Qeyd edək ki, sözügedən konvensiya 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilib. Sənəd preambula və 14 maddədən ibarətdir. Sənədi ratifikasiya edən hər bir üzv ölkə istehsalatda əmək xəsarətlərinin, peşə xəstəliklərinin, bununla bağlı ölüm hallarının qarşısının alınması üçün işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlarla məsləhətləşmələr əsasında milli siyasət, sistem, proqramları hazırlamaqla əməyin təhlükəsizliyinin, gigiyenasının davamlı şəkildə təkmilləşdirilməsinin təşviqini həyata keçirməlidir. Habelə konvensiyaya qoşulan dövlət Beynəlxalq Əmək Təşkilatının sənədlərində müəyyən edilmiş prinsipləri nəzərə almaqla əməyin təhlükəsizliyi və gigiyenasına dair qeyd edilən proqramlar vasitəsilə fəal tədbirlər görməlidir. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər