Siyasət

Milli Məclisin Hesablayıcı komissiyasına sədrliyi kim edəcək? - Özəl

02 Feb 2026, 14:01 2 baxış
Milli Məclisin Hesablayıcı komissiyasına sədrliyi kim edəcək? - Özəl
Yenidən formalaşdırılan Milli Məclisin Hesablayıcı komissiyasının ilk iclası keçirilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, iclasa sədrliyi deputat Səbinə Salmanova edib. Toplantıda üzvlər arasından Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə katib seçilib. Qeyd edək ki, parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında Milli Məclisin Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılıb: 1. Naqif Ələşrəf oğlu Həmzəyev 2. Sevinc Əmirəhməd qızı Hüseynova 3. Eldar Allahyar oğlu Quliyev 4. Soltan Teymur oğlu Məmmədov 5. Rövşən Şahbaz oğlu Muradov 6. Səbinə Qədir qızı Salmanova 7. Mixail Yuryeviç Zabelin. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər