Dünya

Venesuela tarixdə ilk dəfə mayeləşdirilmiş səmt qazının ixracına başladı

02 Feb 2026, 12:26 1 baxış
Venesuela tarixdə ilk dəfə mayeləşdirilmiş səmt qazının ixracına başladı
Venesuela tarixdə ilk dəfə mayeləşdirilmiş səmt qazını ixrac edib. Oxu.Az xəbər verir ki, bu barədə ölkə başçısının səlahiyyətlərini icra edən Delsi Rodriges sosial şəbəkə hesabında məlumat verib. "Bu hadisəni bölüşməkdən qürur duyuram: "Chrysopigi Lady" tankeri Venesueladan ilk mayeləşdirilmiş səmt qazı ilə yola düşüb", - deyə Rodriges bildirib. O, sözügedən tədbiri işçi sinfi ilə birlikdə qeyd etdiyini və qaz ixracının Venesuela xalqının rifahını yaxşılaşdıracağını söyləyib. Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər