Dünya
Aİ-yə üzv ölkələrin səfirləri İran XİN-ə çağırıldılar
İranda fəaliyyət göstərən Avropa İttifaqına (Aİ) daxil bütün ölkələrin səfirləri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmisi İsmayıl Bəqai məlumat verib. Onun sözlərinə görə, bu addım Aİ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavabdır. "İranın etirazı onlara yazılı şəkildə çatdırılıb, lakin bu, minimum tədbirdir", - deyə XİN rəsmisi bildirib. Bəqai qeyd edib ki, İran Aİ-yə qarşı digər cavab tədbirlərini nəzərdən keçirir və yekun qərar yaxın günlərdə veriləcək.
Mənbə
oxu.az