Dünya

İndoneziya İlon Maska icazə verdi: "Grok" ölkədə yenidən işləyəcək

02 Feb 2026, 07:02 2 baxış
İndoneziya İlon Maska icazə verdi: "Grok" ölkədə yenidən işləyəcək
İndoneziya amerikalı milyarder İlon Maska məxsus "xAI" şirkətinə "Grok" çatbotunun ölkədə fəaliyyətini bərpa etməyə icazə verib. Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir. Buna səbəb hökumətin çatbotun ölkə ərazisində seksual xarakterli məzmunun yaradılmasını qadağan edəcəyinə dair təminatlar alması olub. Hökumətin açıqlamasında vurğulanır ki, "Grok"un fəaliyyəti gələcəkdə də nəzarətdə saxlanılacaq və qanunsuz məzmunun yayılması, həmçinin uşaqların müdafiəsi prinsiplərinin pozulması daxil olmaqla mümkün yeni pozuntular diqqətlə izlənəcək. Xatırladaq ki, yanvarın əvvəlində İndoneziya hökuməti "Grok" çat-botunun ölkədə istifadəsini müvəqqəti olaraq qadağan etmişdi. Buna səbəb onun vasitəsilə pornoqrafik təsvirlərin, o cümlədən yetkinlik yaşına çatmayanlarla bağlı məzmunun yaradılmasının mümkün olması idi.
Mənbə oxu.az

Oxşar Xəbərlər