Dünya

Sudanın hava limanına son üç ildə ilk dəfə mülki təyyarə eniş edib

02 Feb 2026, 04:31 2 baxış
Sudanın hava limanına son üç ildə ilk dəfə mülki təyyarə eniş edib
Sudanın paytaxtı Xartumdakı hava limanına son üç ildə ilk dəfə mülki təyyarə eniş edib. Oxu.Az bildirir ki, bu barədə RFI radiosu məlumat yayıb. "Sudan Airways" milli aviaşirkətinə məxsus təyyarə Port Sudandan Xartuma uçub. Sərnişinlər arasında Baş nazir Kamil İdris də olub. Sudanın Mülki Aviasiya İdarəsi uçuşu "tarixi" adlandırıb, çünki paytaxtın hava limanı 2023-cü ilin aprelindən fəaliyyətini dayandırmışdı. Ölkədə vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Yalnız ötən ilin mayında ordu Xartumu azad edib və yanvarın 11-də K.İdris hökumətin ora qayıtdığını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər