Dünya
Tailand hökuməti pişikləri iqtisadiyyatın vacib bir hissəsi kimi tanıdı
Tailandda pişiklər üçün məhsul və xidmətlər bazarı 367,8 milyard bata (11,8 milyard ABŞ dolları - red.) çatıb və hökumət bu sektoru iqtisadiyyatın vacib bir hissəsi kimi tanıyıb. Oxu.Az bildirir ki, bu barədə "Nikkei Asia" məlumat yayıb. Ötən ilin noyabrında hakimiyyət orqanları beş yerli cinsi - siam, suphalak, korat, konja və kxao mani - milli simvol kimi tanıyıb. Bu tədbir genetikanı qorumaq və iqtisadiyyatı stimullaşdırmaq məqsədi daşıyır. Hökumət bildirib ki, bu cinslər Tailand inanclarının, adətlərinin, yerli müdrikliyinin və mədəni təcrübələrinin ayrılmaz hissəsidir.
Mənbə
oxu.az