Dünya

Yakutiyada velosipedlə səyahət edən turist hoteldə ölü tapıldı

02 Feb 2026, 04:02 2 baxış
Yakutiyada velosipedlə səyahət edən turist hoteldə ölü tapıldı
Yakutsk şəhərindən Oymyakon kəndinə velosipedlə getməyi planlaşdıran polşalı turist Adam Boreyko hotel otağında ölü halda tapılıb. Oxu.Az bildirir ki, bu barədə Saxa Respublikası (Yakutiya) Xilasetmə Xidmətinin "Telegram" kanalında məlumat verilib. A.Boreyko yanvarın 24-də Yakutiya Xilasetmə Xidmətində qeydiyyatdan keçib və təlimat alıb. O, bir gün sonra tura çıxıb. Turist fevralın 18-də Oymyakona çatmağı planlaşdırıb. Yanvarın 31-də, axşam, planlaşdırıldığı kimi Xandıqa kəndinə çatıb. "A.Boreyko hoteldə qalıb, yatıb, bu səhər otağından çıxmayıb və saat 17:10-da (Bakı vaxtilə 13:10) ölü tapılıb. İstintaq orqanları hadisə yerində işləyir", - deyə məlumatda bildirilir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər