Dünya

Məşhur "İblis Prada geyinir" filminin ikinci hissəsinin treyleri təqdim olundu

02 Feb 2026, 01:54 2 baxış
Məşhur "İblis Prada geyinir" filminin ikinci hissəsinin treyleri təqdim olundu
"20th Century Fox" kinoşirkəti "İblis Prada geyinir" kult filminin ikinci hissəsinin treylerini yayımlayıb. Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, filmin premyerası bu il mayın 1-nə planlaşdırılır. Yeni tizerə əsasən, aktrisalar Meril Strip, Enn Heteuey, Emili Blant və Stenli Tuççi öz rollarına qayıdacaqlar. Videonun titrlərində yazılır: "İlin ən böyük kino hadisəsi indi başlayır". İki ay əvvəl kino şirkəti kult klassik filmin ikinci hissə üçün geri döndüyünü elan edən ilk treyleri yayımlayıb. O zaman əsas aktyor heyətinin dəyişməz qaldığı bildirilirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər