Siyasət

XİN Pakistanda terror hücumlarını pislədi

01 Feb 2026, 23:19 2 baxış
XİN Pakistanda terror hücumlarını pislədi

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş vermiş terror hücumlarını qətiyyətlə pisləyib.


Axar.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesablarında payıaşım edilib.


Məlumatda bildirilir:


"Həlak olanların ailələrinə dərin başsağlığımızı bildirir, qardaş Pakistan xalqına və Pakistan hökumətinə səmimi hüzn və həmrəyliyimizi ifadə edirik.


Yaralananlara tezliklə və tam sağalma arzulayırıq. Bu çətin zamanda Pakistanla həmrəy olduğumuzu bildirir və terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq səylərə qəti dəstəyimizi bir daha təsdiqləyirik".

Mənbə axar.az

Oxşar Xəbərlər