Dünya

Melaniya Tramp haqqında film kassa rekordu qırdı

01 Feb 2026, 22:48 2 baxış
Melaniya Tramp haqqında film kassa rekordu qırdı
"Melaniya" sənədli filmi ABŞ kassalarında rekord göstəriciyə səbəb olub. Oxu.Az bildirir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb. Film ilk gün 3 milyon dollara yaxın (2 milyon 900 min dollar) gəlir əldə edib və həftəsonunun yekununda bu rəqəmin 8 milyonu keçəcəyi gözlənilir. Bu, son on ildə sənədli film üçün ən yaxşı nəticədir. Əvvəlcə kassa gözləntiləri 3 milyon ilə 5 milyon dollar arasında idi, lakin premyeradan sonra proqnozlar dəyişdi. Film Ceyson Stethemin rol aldığı yeni döyüş filmindən daha çox satılıb və "CinemaScore"dan ən yüksək A reytinqini alıb. Bu uğur mühafizəkar auditoriyanın marağı ilə əlaqələndirilir. İlk gün izləyicilərinin 72%-dən çoxu 55 yaşdan yuxarı qadınlar olub. "Film ABŞ-nin cənubundakı mühafizəkarları səfərbər edir, Donald Trampın yer aldığı reklam kampaniyası isə böyük şəhərlərdə izləyiciləri cəlb edir", - "The Hollywood Reporter" yazır. Tənqidçilərin və ictimaiyyətin rəyləri kəskin şəkildə fərqlənir: "Rotten Tomatoes"da film tənqidçilərdən 11%, sadə izləyicilərdən isə 99% bəyənmə reytinqinə malikdir. Nəşr qeyd edir ki, ümumi büdcəsi 75 milyon dollar olan filmin marketinqinə rekord həddə vəsait - 35 milyon dollar xərclənib və bu, onu indiyə qədər çəkilmiş ən bahalı sənədli filmə çevirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər