Dünya
"Rəfah" nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başlayıb
Qəzza zolağının Misirlə sərhədində yerləşən "Rəfah" nəzarət-buraxılış məntəqəsi test rejimində fəaliyyətə başlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərində fəaliyyətinin əlaqələndirilməsi idarəsi bəyan edib. "Rəfah" sərhəd-keçid məntəqəsi yalnız insanların hərəkəti üçün yenidən açılıb. Bu gün keçid məntəqəsinin işini yoxlamaq və qiymətləndirmək üçün pilot tədbirlər həyata keçirilir. Sakinlərin hər iki istiqamətdə hərəkətinin, Qəzzaya giriş və çıxışın sabah başlaması gözlənilir", - deyə idarədən bildirilib. Qeyd edək ki, sərhəd-keçid məntəqəsi demək olar ki, bir il fəaliyyət göstərməyib, Misirdən anklav sakinləri üçün nəzərdə tutulan bütün humanitar yüklər İsrail sərhədindəki keçid məntəqələrinə yönləndirilirdi.
Mənbə
oxu.az