Dünya
Rusiya Ukraynada mədən işçilərini daşıyan avtobusa zərbə endirib: 15 nəfər həlak olub
Fevralın 1-də Rusiya dronları Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhəri yaxınlığında Donbas Yanacaq Enerji Şirkətinin (DYEŞ) mədənçilərini daşıyan xidməti avtobusa dronla zərbə endiriblər. Oxu.Az "Union"a istinadla xəbər verir ki, hücum nəticəsində 15 nəfər həlak olub, daha yeddi nəfər yaralanıb. DYEŞ məsələ ilə bağlı bəyanat verib. "Rusiya Dnepropetrovsk vilayətindəki DYEŞ mədənlərinə genişmiqyaslı terror hücumu həyata keçirib. Hücumlardan birinin episentri Dnepropetrovsk vilayətindəki müəssisədən mədənçiləri növbələrindən sonra daşıyan iş avtobusu olub", - bəyanatda deyilir. DYEŞ qeyd edib ki, hazırda 15 mədənçinin öldüyü məlumdur. İlkin məlumata görə, daha yeddi mədənçi yaralanıb.
Mənbə
oxu.az