Mədəniyyət
Opera və Balet Teatrı Omanda "Toska" tamaşasını təqdim edib
Yanvarın 31-də Omanın paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin təqdimatında premyerası olub. Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tamaşada Mario Kavaradossi rolunu tanınmış tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun canlandırəb. Səhnə əsəri böyük maraqla qarşılanıb. Qeyd edək ki, səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər