Dünya

Arxiv fotoları cinayətin üstünü açdı: 70 il əvvəl Hindistan məbədindən oğurlanmış heykəllər geri qaytarıldı

31 Jan 2026, 07:42 1 baxış
Arxiv fotoları cinayətin üstünü açdı: 70 il əvvəl Hindistan məbədindən oğurlanmış heykəllər geri qaytarıldı
ABŞ-nin Smitson İnstitutunun Asiya İncəsənəti Milli Muzeyi daxili araşdırmadan sonra məbədlərdən oğurlanmış orta əsrə aid bürünc heykəlləri Hindistana qaytarıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb. Müəyyən olunub ki, X əsrə aid "Şiva Nataraca", XII əsrə aid "Şiva Somaskanda" və XVI əsrə aid "Sundarar arvadı Paravayi ilə" heykəlləri XX əsrin ortalarında Hindistandan qanunsuz olaraq çıxarılıb. Bu fakt 1956-1959-cu illər arasında Tamilnad məbədlərindəki heykəllər barədə arxiv qeydləri və fotoşəkillər vasitəsilə sübut edilib. İki bürünc heykəl tezliklə vətənlərinə qaytarılacaq, lakin Hindistanla uzunmüddətli müqavilə sayəsində "Şiva Nataraca" ("Rəqs edən Şiva") Vaşinqtonda sərgilənməyə davam edəcək.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər