Siyasət
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşündən paylaşım edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb. Oxu.Az xəbər verir ki, Leyla Əliyeva bununla bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.
Paylaşımda deyilir: "BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə məhsuldar görüş keçirdik. Xəzər dənizinin ekoloji problemləri, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq".

Mənbə
oxu.az