Digər

İstanbulda cinayətkar dəstənin 7 üzvü saxlanıldı

03 Oct 2026, 21:40 2 baxış
İstanbulda cinayətkar dəstənin 7 üzvü saxlanıldı

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib.


Axar.az xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat yayıb.


Bildirilib ki, müxtəlif vaxtlarda hədə-qorxu gəldiyi müəyyən edilən şübhəlilərə qarşı keçirilən əməliyyatda 7 şəxs saxlanılıb.


Qeyd edilib ki, cinayətkar dəstənin bütün üzvləri ifşa olunacaq və onlara qarşı mübarizə davam etdiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər