Dünya
Tramp: "ABŞ İrana Venesuela ilə müqayisədə daha böyük qüvvələr göndərir"
"ABŞ İrana Venesuela ilə müqayisədə daha çox qüvvə göndərib və Tehranla razılaşma ümidini saxlayır, lakin Vaşinqton fərqli ssenarilərə də hazırdır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb. "Bizim böyük bir donanmamız, armadamız var - onu istədiyiniz kimi adlandıra bilərsiniz. Bu donanma indi İrana istiqamət alır. Bu, Venesuelaya göndərdiyimiz qüvvələrimizdən daha böyükdür. İrana daha çox gəmi göndəririk və ümid edirik ki, razılığa gələcəyik. Əgər razılaşa bilsək, yaxşı olacaq. Razılığa gəlməsək, görək nə baş verəcək", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Mənbə
oxu.az