Dünya

BMT-nin baş katibi təşkilatı gözləyən "maliyyə böhranı"ndan danışdı

30 Jan 2026, 21:12 2 baxış
BMT-nin baş katibi təşkilatı gözləyən "maliyyə böhranı"ndan danışdı
BMT-nin baş katibi Antonio Quterreş qurumu "gözləyən maliyyə böhranı" təhlükəsi barədə xəbərdarlıq edib. Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" məlumat verib. Baş katibin fikrincə, təşkilatın vəsaitləri 2026-cı ilin iyul ayına qədər tükənə bilər. A.Quterreş böhranın üzvlük haqlarının ödənilməməsi və xərclənməmiş vəsaitləri geri qaytarmağa məcbur edən büdcə qaydası səbəbindən yaranacağını bildirib. Baş katib quruma ünvanladığı məktubda bildirir ki, təşkilatdakı böhran dərinləşir, xüsusi proqramın həyata keçirilməsini təhdid edir və maliyyə çöküşü riskini yaradır. O əlavə edib ki, vəziyyət yaxın gələcəkdə daha da pisləşəcək. Qeyd edək ki, ABŞ-nin BMT-yə və onun qurumlarına ödənişləri 2025-ci ildə 3.3 milyard dollaradək azalıb, bu da BMT-nin ümumi maliyyələşdirməsinin təxminən 14.8%-ni təşkil edir. 2024-cü ildə Vaşinqton təşkilata 14.1 milyard dollar, 2022-ci ildə isə 17.2 milyard dollar vəsait köçürmüşdü.
Mənbə oxu.az

Oxşar Xəbərlər