Siyasət

Elnur Məmmədov ABŞ Konqresinin nümayəndələri ilə 907-ci düzəlişin ləğv edilməsini müzakirə edib

30 Jan 2026, 18:24 2 baxış
Elnur Məmmədov ABŞ Konqresinin nümayəndələri ilə 907-ci düzəlişin ləğv edilməsini müzakirə edib
Xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar heyətini qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüşdə cari regional vəziyyət, 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh sazişi ilə bağlı görülən tədbirlər, yekunlaşmaqda olan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası layihəsi, eləcə də ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüş zamanı, həmçinin Azərbaycanla bağlı Konqresdə qaldırılmış təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb və Azadlığa Dəstək Aktına 907-ci Düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər