Dünya

Hakan Fidan Uitkoffla İrandakı vəziyyəti müzakirə edib

30 Jan 2026, 17:10 2 baxış
Hakan Fidan Uitkoffla İrandakı vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə görüşməzdən əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla ətraflı söhbət etdiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Əraqçı ilə görüşdən əvvəl Stiven Uitkoffla çox uzun söhbətim oldu. Həmçinin bölgədəki bəzi dostlarımızla əlaqə saxladım. Məsələ ilə bağlı müzakirələr apardıq, ABŞ təmsilçiləri ilə danışıqları davam etdirəcəyik", - deyə o, İstanbulda Əraqçı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Fidan kompromis həll yolu tapıla biləcəyinə ümid etdiyini vurğulayıb: "Bölgəmiz dağıdıcı müharibə və ya qəfil münaqişə ilə üzləşməməlidir. Nə müharibə, nə də münaqişə həll yolu deyil. Biz sülh və problemlərin danışıqlar, dialoq yolu ilə həllini axtarırıq". Xatırladaq ki, Hakan Fidan ölkəsinin İranla bağlı məsələlərin həlli üçün güc tətbiqinə qarşı olduğunu bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər