Dünya
Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian arasında telefon danışığı baş tutub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və bölgədə artan hərbi gərginlik müzakirə edilib. Telefon danışığı zamanı Ərdoğan bölgədəki gərginliyin azaldılması və problemlərin həlli üçün Türkiyənin İran və ABŞ arasında vasitəçilik rolunu öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.
Mənbə
oxu.az