Cəmiyyət
Qubadakı zəncirvari avtoqəzanın detalları məlum olub: İki qardaş xəsarət alıb
Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin detalları məlum olub. Oxu.Az -ın əldə etdiyi məlumata görə, avtoqəza yanvarın 29-da saat 18:00-da qeydə alınıb.
Belə ki, Nicat Füzuli oğlu Seyidməmmədovun idarə etdiyi 10-CM-191 dövlət nömrə nişanlı "Mercedes" markalı maşın sürücünün idarəetməsindən çıxaraq, 40-BV-684 dövlət nömrə nişanlı VAZ-2107 və 50-EC-439 nömrəli "Toyota" markalı avtomobillərə çırpılıb. Hadisə nəticəsində "Mercedes"in sürücüsü və onun qardaşı Həsrət Seyidməmmədov yüngül xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır. Əzizə İsmayılova

Mənbə
oxu.az