İdman

Sabiq "Qarabağ"lı qol vurdu, "Sabah" uduzdu

02 Jul 2026, 21:24 2 baxış
Sabiq "Qarabağ"lı qol vurdu, "Sabah" uduzdu
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah" klubu növbəti yoxlama oyununu keçirib. xəbər verir ki, təmsilçimiz Ukraynanın "Polesye" komandası ilə qarşılaşıb və matç rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Qarabağ"dan yeni transfer olunan Leandro Andrade bu qarşılaşmada fərqlənməyi bacarıb: o, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Xatırladaq ki, "Sabah" Avstriya toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama matçlarında Rumıniyanın "Universitatya Krayova" və Macarıstanın "Ferentsvaroş" klubları ilə eyni hesabla - 1:1 bərabərə qalıb.
Mənbə oxu.az