Siyasət
Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen öz sosial media hesabında Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb.
Axar.az xəbər verir ki, avropalı diplomatı öz paylaşımında bunları yazıb:
“Sülh… ölkələr və insanlar arasında körpülər qurmaq vasitəsilə.
Həm fiziki, həm də məcazi mənada!
Mən Cənubi Qafqaz üçün 200 milyon avroluq “Bağlantılar vasitəsilə Sülh” Proqramını elan etdim.
Sülh içində, bir-birinə bağlı və firavan bir region üçün.”
Mənbə
axar.az