İdman

"Sabah" Ukrayna klubuna uduzdu

02 Jul 2026, 21:56 2 baxış
"Sabah" Ukrayna klubuna uduzdu

Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama matçını keçirib.


Axar.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi "Polissya" ilə üz-üzə gəlib.


Qarşılaşma Azərbaycan çempionunun 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.


Qeyd edək ki, "Sabah" toplanış çərçivəsində daha əvvəl "Universitatya" (Rumıniya) və "Ferentsvaroş"la (Macarıstan) qüvvəsini sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər