Dünya
Argentinada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi
Argentina hökuməti meşə yanğınları səbəbindən La-Pampa əyalətində və Pataqoniyanın üç bölgəsində fövqəladə vəziyyət elan edib. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin baş naziri Manuel Adorni sosial şəbəkə hesabında məlumat verib. "Hazırda Çubut, Rio-Neqro, Neuken və La-Pampada baş verən yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub", - deyə nazir bildirib. Məlumata görə, Argentinanın cənubunda bir neçə həftədir meşə yanğınları davam edir. YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Los-Alerkes Milli Parkı da yanğına məruz qalıb.
Mənbə
oxu.az