Cəmiyyət
Qubada ağır qəza: 3 maşın toqquşdu, 2 qardaş... - Video
Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, avtoqəza yanvarın 29-da saat 18:00-da qeydə alınıb.
Belə ki, Nicat Füzuli oğlu Seyidməmmədovun idarə etdiyi 10 CM 191 dövlət nömrə nişanlı "Mersedes" markalı maşın sürücünün idarəetməsindən çıxaraq, 40 BV 684 dövlət nömrə nişanlı VAZ-2107 və 50 EC 439 nömrəli "Toyota" markalı avtomobillərə çırpılıb.
Hadisə nəticəsində "Mersedes"in sürücüsü və onun qardaşı Həsrət Seyidməmmədov yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az