Dünya
2025-ci ildə qızıla tələbatda tarixi rekord qeydə alınıb
2025-ci ilin yekunlarına görə, qızıla olan qlobal tələbat tarixdə ilk dəfə 5 000 ton həddini keçib. Oxu.Az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında məlumat verilib. Hesabata əsasən, tələbatın ümumi dəyəri 555 milyard dollara çatıb ki, bu da əvvəlki ilin göstəricisindən 45% çoxdur. Pul ifadəsindəki bu ciddi artım rekord qiymət dinamikası ilə bağlıdır. İl ərzində qızılın qiyməti 53 dəfə tarixi maksimumunu yeniləyib. Xüsusi fəallığı fərdi investorlar göstəriblər. Külçə və sikkələrə qoyulan investisiyaların həcmi ilin sonunda rekord səviyyəyə - 154 milyard dollara (2013-cü ildən bəri ən yüksək) çatıb. Ümumilikdə isə bu həcmin yarısından çoxu Hindistan və Çin tərəfindən əldə olunub. 2025-ci ildə qızılın təkrar emalı həcmi 2% artaraq 1 404 ton təşkil edib. Bu, 2012-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Mənbə
oxu.az