Dünya
KİV: ABŞ Fars körfəzinə altıncı esminesi göndərib
ABŞ Silahlı Qüvvələri Fars körfəzi zonasına sayca altıncı esminesini - "Delbert D.Black" gəmisini göndərib. Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" teleşirkəti və "Reuters" informasiya agentliyi də daxil olmaqla bir sıra xarici KİV məlumat yayıb. Adı açıqlanmayan amerikalı rəsmiyə istinad edən "Reuters" dəqiqləşdirib ki, hazırda ABŞ-nin Yaxın Şərq regionunda bir aviadaşıyıcı gəmisi, altı esminesi və üç sahilboyu zona gəmisi mövcuddur. "Delbert D.Black" esminesi regiona son iki sutka ərzində çatıb.
Mənbə
oxu.az