Dünya
Türkiyədə neft emalı zavodunda partlayış olub
Türkiyənin Kocaeli vilayətində yerləşən neft emalı zavodunda partlayış baş verib. Oxu.Az "CNN Türk" telekanalına istinadən xəbər verir ki, hadisə "Tüpraş" şirkətinin müəssisəsində qeydə alınıb. Partlayışın səbəbi hələlik müəyyən edilməyib. Zavodun ətrafında alov və qatı tüstü görünür. Hadisə yerinə yanğınsöndürənlər və tibbi heyət cəlb olunub.
Məlumata görə, texniki baxışda olan benzin çəni partlayıb və nəticədə yanğın başlayıb. Yanğın nəzarətə götürülüb, yanğınsöndürənlər söndürmə işlərini davam etdirirlər. İlkin məlumatlara görə, ölənlər və yaralananlar yoxdur. Hakimiyyət orqanları baş vermiş hadisə ilə bağlı hələlik rəsmi bəyanat verməyiblər.

Mənbə
oxu.az