Dünya

Avropa Komissiyası hədiyyə qəbulu qaydasını pozduğuna görə yüksəkvəzifəli məmuru qovub

30 Jan 2026, 01:00 2 baxış
Avropa Komissiyası hədiyyə qəbulu qaydasını pozduğuna görə yüksəkvəzifəli məmuru qovub
Avropa Komissiyası hədiyyələrin qəbulu qaydalarını pozduğuna görə daxili araşdırma nəticəsində təqsirli bilinən yüksəkvəzifəli məmurlarından biri - Henrik Hololeyi vəzifəsindən azad edib. Oxu.Az bildirir ki, bu barədə "Politico" nəşri üç rəsmi şəxsə istinadən xəbər yayıb. O, daha əvvəl Avropa Komissiyasının Nəqliyyat Baş Direktorluğuna rəhbərlik edib, son dövrlərdə isə Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluqda yüksəksəviyyəli müşavir vəzifəsində çalışıb. Araşdırma Avropa Prokurorluğunun korrupsiya ittihamları ilə bağlı cinayət işi açmasından sonra başlayıb. Buna səbəb Fransanın "Libération" qəzetində dərc olunan məqalə olub. Məqalədə Hololeyin Qətərlə bağlı iri aviasiya sazişi üzrə məxfi məlumatları hədiyyələr müqabilində ötürdüyü iddia edilirdi. Xatırladaq ki, 2023-cü ildə Hololeyin Qətər hesabına etdiyi uçuşlar barədə məlumatlar ilk dəfə üzə çıxmış və o, Avropa Komissiyasının Nəqliyyat Baş Direktorluğunun rəhbəri vəzifəsindən azad edilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər