Dünya
Avropa İttifaqı İrana qarşı bir sıra məhdudiyyətlər tətbiq edib
Avropa İttifaqı (Aİ) ölkələri İrana ikili təyinatlı məhsulların, o cümlədən raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün komponentlərin tədarükünə dair ixrac məhdudiyyətlərini genişləndirib. Oxu.Az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir. Məhdudiyyətlərə elektron və kompüter komponentləri, telekommunikasiya avadanlıqları, sensorlar və lazerlər, naviqasiya cihazları, avionika, mühərrik və aerokosmik sistemlər daxildir. Bundan əlavə, Aİ İrandan olan altı iş adamı və müəssisə rəhbərini, həmçinin beş texnologiya şirkətini "qara siyahı"ya salıb. Bu məhdudiyyətlər İranın Rusiya ilə əməkdaşlığına görə və Yaxın Şərqdə "sabitsizləşdirici rol" oynaması əsasında tətbiq edilib.
Mənbə
oxu.az