Dünya
Əraqçı: "Bir neçə ölkə regionda müharibənin qarşısını almağa çalışır"
İranın xarici işlər naziri Abbas Əraqçı Avropa İttifaqının (Aİ) yeni sanksiyalar tətbiq etmək və SEPAH-ı terror təşkilatı kimi tanımaq qərarını pisləyərək, Avropanın münaqişəni qızışdırmaqla məşğul olduğunu vurğulayıb. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında yazıb. O həmçinin qeyd edib ki, avropalı olmayan bir neçə ölkə hazırda regionda tammiqyaslı müharibənin qarşısını almağa çalışır: "Şübhəsiz ki, regionumuzda baş verə biləcək tammiqyaslı müharibədən, o cümlədən enerji qiymətlərinin artmasının yan təsirlərindən çox əziyyət çəkəcəyi üçün Aİ-nin hazırkı mövqeyi onun öz maraqlarına ciddi şəkildə zərər vurur. Avropalılar hökumətlərinin onlara təklif edə biləcəyindən daha çox şeyə layiqdirlər".
Mənbə
oxu.az