Dünya

SAXAL Qəzzada münaqişə zamanı 71 mindən çox fələstinlinin həlak olduğunu təsdiqlədi

29 Jan 2026, 20:30 2 baxış
SAXAL Qəzzada münaqişə zamanı 71 mindən çox fələstinlinin həlak olduğunu təsdiqlədi
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının Səhiyyə Nazirliyinin müharibə zamanı 71 000-dən çox fələstinlinin həlak olması barədə qiymətləndirməsi ilə razılaşıb. Oxu.Az bu barədə İsrailin "Haaretz" qəzetinə istinadən xəbər verir. Fələstinin HƏMAS qruplaşmasının nəzarəti altında olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-də müharibə başlayandan bəri SAXAL-ın atəşləri nəticəsində 71 667 Qəzza sakini həlak olub. Bu qurbanların sayına itkin düşənlər, yaxud aclıq və ya xəstəliklərdən vəfat edənlər daxil deyil. SAXAL-ın məlumatına görə, hazırda həlak olanların neçəsinin döyüşçü, neçəsinin isə mülki şəxs olduğunu müəyyən etmək üçün məlumatların təhlili aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər