Dünya

Avropa İttifaqı Rusiyanın tanınmış jurnalistlərinə qarşı sanksiya tətbiq etdi

29 Jan 2026, 20:36 2 baxış
Avropa İttifaqı Rusiyanın tanınmış jurnalistlərinə qarşı sanksiya tətbiq etdi
Avropa İttifaqı (Aİ) rusiyalı teleaparıcılar Dmitri Quberniyev, Pavel Zarubin, Yekaterina Andreyeva və Mariya Sitteli sanksiya siyahısına daxil edib. Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Aİ-nin "Rəsmi jurnalı"nda dərc olunmuş qərarında deyilir. Siyahıya həmçinin balet artisti Sergey Polunin və "Roma Jiqan" ləqəbi ilə çıxış edən repçi Roman Çumakov da düşüb. Aİ adıçəkilən bütün Rusiya vətəndaşlarını öz peşəkar jurnalistika və yaradıcılıq fəaliyyətləri çərçivəsində Rusiya Federasiyası hökumətinin Ukrayna ilə bağlı hərəkətlərini həyata keçirməkdə və dəstəkləməkdə ittiham edib. Aİ-nin fərdi sanksiyaları birlik ərazisinə giriş qadağasını və Avropa banklarındakı istənilən maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur.
Mənbə oxu.az

Oxşar Xəbərlər