Cəmiyyət

9 ayda mayor rütbəsindən generala qalxdı

29 Jan 2026, 20:36 2 baxış
9 ayda mayor rütbəsindən generala qalxdı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.


Axar.az-ın "Unikal"a istinadən məlumatına görə, "gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi verilən şəxslərdən biri Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovdur.


F.Məmmədov 12 mart 2025-ci ildə DGK sədrinin müavini təyin edilib. O, vəzifəyə təyin ediləndə gömrük xidməti mayoru idi.


Ötən ilin may ayında isə Fuad Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər