İdman
Çempionlar Liqasında son turun ən yaxşı oyunçusu müəyyənləşdi
"Benfika"nın yarımmüdafiəçisi Andreas Şelderup UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun ən yaxşı oyunçusu seçilib. Oxu.Az bu barədə sport24.ru saytına istinadən xəbər verir. Norveçli futbolçu "Real"la matçda dubl edərək komandasının 1/16 finala yüksəlməsinə kömək edib. Şelderup mükafat uğrunda mübarizədə "Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallisteri, "Çelsi"nin hücumçusu Joao Pedronu və "Bayer"in yarımmüdafiəçisi Malik Tillmanı qabaqlayıb.
Mənbə
oxu.az