Digər

İsrail şirkəti Azərbaycanda zərbə sistemlərini hərbi avtomobilə inteqrasiya edir - ÖZƏL - FOTO

30 Sep 2026, 18:40 3 baxış
İsrail şirkəti Azərbaycanda zərbə sistemlərini hərbi avtomobilə inteqrasiya edir - ÖZƏL - FOTO
"UVision Group" Azərbaycanda "Hero 120" dövrə vuran sursatlarının yerləşdirilməsi və çatdırılması ilə məşğuldur. Şirkət, həmçinin "Viper" ailəsinin Azərbaycanda tətbiqi və yerli platformalara inteqrasiyası üzərində işləyir. Bunu "UVision Group"un baş icraçı direktoru Dr.Ran Gözali "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Oxu.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, şirkət Azərbaycanla uzunmüddətli əməkdaşlığa xüsusi önəm verir: "Biz Azərbaycandakı əlavə şirkətlərlə də əməkdaşlıq etmək və burada imkanları inkişaf etdirməkdə maraqlıyıq. Bu əməkdaşlığa uzunmüddətli perspektiv kimi baxırıq". Dr.Ran Gözali bildirib ki, hazırda "Hero 120" sistemləri Azərbaycanda yerləşdirilir və onların çatdırılması ilə bağlı müqavilə artıq mövcuddur. "Həmçinin "Viper" ailəsini təqdim edirik. "Plasan" şirkətinin istehsalı olan avtomobil artıq buradadır və biz platformalarımızın həmin avtomobilə inteqrasiyasını həyata keçiririk. Bu sistemləri Azərbaycanda, eləcə də regionda müxtəlif müştərilərə və son istifadəçilərə təqdim etməyə hazırıq", - deyə o qeyd edib. Şirkət rəsmisi bildirib ki, "Viper" ailəsi 5, 7 və 10 kilometrədək taktiki məsafələr üçün nəzərdə tutulub. Operator avtomobilin daxilində əyləşərək sistemi idarə edə, kəşfiyyat və dəqiq zərbə imkanlarından istifadə edə bilər. Onun sözlərinə görə, daha uzaq məsafələrdə - 60 kilometrədək olan hədəflər üçün "Hero 120" sistemindən istifadə olunur. Dr.Ran Gözali "Tactical Cortex" proqram təminatının operatora avtomobilin içərisindən həm dövrə vuran sursatları, həm "Viper" ailəsini, həm də kəşfiyyat, müşahidə və məlumat toplama (ISR) sistemlərini idarə etməyə imkan verdiyini bildirib. O, həmçinin qeyd edib ki, nümayiş etdirilən "Plasan" avtomobilləri "UVision" şirkətinə məxsus deyil. Şirkət öz sistemlərini həmin platformalara quraşdırır və inteqrasiya edir.
{{gallery}}
İsrail şirkəti Azərbaycanda zərbə sistemlərini hərbi avtomobilə inteqrasiya edir - ÖZƏL - FOTO İsrail şirkəti Azərbaycanda zərbə sistemlərini hərbi avtomobilə inteqrasiya edir - ÖZƏL - FOTO İsrail şirkəti Azərbaycanda zərbə sistemlərini hərbi avtomobilə inteqrasiya edir - ÖZƏL - FOTO İsrail şirkəti Azərbaycanda zərbə sistemlərini hərbi avtomobilə inteqrasiya edir - ÖZƏL - FOTO İsrail şirkəti Azərbaycanda zərbə sistemlərini hərbi avtomobilə inteqrasiya edir - ÖZƏL - FOTO İsrail şirkəti Azərbaycanda zərbə sistemlərini hərbi avtomobilə inteqrasiya edir - ÖZƏL - FOTO İsrail şirkəti Azərbaycanda zərbə sistemlərini hərbi avtomobilə inteqrasiya edir - ÖZƏL - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər