Siyasət
Vətən müharibəsinin media təcrübəsi beynəlxalq kitabda: Hansı məqamlar araşdırılıb? - FOTO
Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilirin Qarabağ, Suriya və Qəzza nümunələrini əhatə edən araşdırması Polis Akademiyası Nəşrləri tərəfindən türk və ingilis dillərində nəşr olunan "Beynəlxalq təhlükəsizlikdə müharibə jurnalistikası" ("War Correspondence in International Security") kitabında yer alıb. Müşavir Oxu.Az-a açıqlamasında bildirib ki, araşdırmada 44 günlük İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarla yanaşı, informasiya və dezinformasiya mübarizəsinin də aparıldığı qeyd olunur.
İşbilir Azərbaycanın cəbhədəki fəaliyyətini media və informasiya sahəsindəki işlərlə tamamlamasını dezinformasiyaya qarşı mübarizə baxımından mühüm təcrübə kimi qiymətləndirib. Müəllif azərbaycanlı jurnalistlərin müharibə şəraitində məlumatların yoxlanılması üçün tətbiq etdikləri üsullara da diqqət çəkir. Qeyd olunur ki, erməni dilini bilən bəzi müharibə müxbirləri Ermənistanın sosial media kanallarını izləyərək yayılan məlumatları müxtəlif mənbələr vasitəsilə yoxlamağa çalışıblar. Araşdırmada Qarabağdakı mina təhlükəsi müharibə jurnalistikasının "qoruma" funksiyası çərçivəsində ayrıca nəzərdən keçirilir. Müəllifin fikrincə, hərbi əməliyyatların başa çatması jurnalistlər və mülki əhali üçün təhlükələrin tamamilə aradan qalxması demək deyil. Bu baxımdan mina təmizləmə prosesinin izlənilməsi və ictimaiyyətin mövcud təhlükələr barədə məlumatlandırılması münaqişədən sonrakı jurnalistikanın mühüm istiqamətlərindən biridir. Araşdırmada həmçinin Azərbaycan-Ermənistan arasında sülh prosesinin və danışıqların media tərəfindən izlənilməsinin münaqişə təhlili və jurnalistika baxımından əhəmiyyəti vurğulanır. Kitabda Türkiyə ilə Azərbaycan arasında müharibə müxbirliyi və müdafiə jurnalistikası sahəsində həyata keçirilən təlim proqramlarına da diqqət yetirilir. Azərbaycanlı jurnalistlərin Anadolu Agentliyi və Polis Akademiyasının əməkdaşlığı ilə keçirilən "Müharibə müxbirliyi" təlimində, eləcə də Anadolu Agentliyi Akademiyasının təşkil etdiyi "Münaqişə təhlili və müdafiə müxbirliyi" təlimlərində iştirakı peşəkar potensialın inkişafı baxımından əhəmiyyətli addım kimi təqdim olunur. Araşdırmada bu təlimlərin Azərbaycanda müharibə müxbirləri və münaqişə analitiklərinin sayının və peşəkarlıq səviyyəsinin artırılmasına töhfə verdiyi qeyd edilir. Bundan başqa, müharibədən sonra yaradılan Türkiyə-Azərbaycan Media Platforması iki ölkə arasında media və ictimai diplomatiya sahəsində institusional əməkdaşlığın nümunəsi kimi göstərilir. Alptekin Cihangir İşbilirin Qarabağ, Suriya və Qəzza nümunələrini müqayisəli şəkildə araşdırdığı bölmədə müharibə müxbirliyinin yalnız döyüş bölgəsindən informasiya çatdırmaqla məhdudlaşmadığı vurğulanır. Araşdırmaya görə, müharibə jurnalistikası eyni zamanda düzgün informasiyanın qorunması, dezinformasiyaya qarşı mübarizə, jurnalistlərin və mülki şəxslərin üzləşdiyi təhlükələrin ictimaiyyətə çatdırılması, həmçinin münaqişədən sonrakı proseslərin izlənilməsi baxımından mühüm funksiyalar daşıyır. Kitabın "War Correspondence in International Security" adı ilə ingilis dilində də nəşr olunması azərbaycanlı jurnalistlərin İkinci Qarabağ müharibəsi zamanı əldə etdikləri təcrübənin müharibə jurnalistikası və beynəlxalq təhlükəsizlik üzrə beynəlxalq akademik mühitdə daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır. Kitab Polis Akademiyası Nəşrləri tərəfindən Kübra Betül Biçen Görən və Birce Beşgülün redaktorluğu ilə nəşr olunub.

Mənbə
oxu.az
Oxşar Xəbərlər