İdman

İsmail Kartal AÇIQLADI: Ulduz futbolçu "Turan Tovuz"a qarşı matça çıxacaq - FOTO

30 Sep 2026, 17:16 2 baxış
İsmail Kartal AÇIQLADI: Ulduz futbolçu "Turan Tovuz"a qarşı matça çıxacaq - FOTO
"Fənərbağça" klubunun baş məşqçisi İsmail Kartal azarkeşləri maraqlandıran suallara aydınlıq gətirərək, komandanın önəmli simaları olan Mert Müldür və Marko Asensionun hazırkı vəziyyətini açıqlayıb. Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis Mert Müldürün zədəsini tam bərpa edərək yaşıl meydanlara qayıtması üçün hələ 4-5 həftə vaxt lazım olacağını qeyd edib. Digər tərəfdən, baş məşqçi Marko Asensionun vəziyyəti ilə bağlı müsbət məlumatlar verib. İspaniyalı ulduzun əhvali-ruhiyyəsinin yüksək və fiziki durumunun yaxşı olduğunu vurğulayan Kartal, onun növbəti yoldaşlıq matçında meydana ilk "11-lik"də daxil olacağını təsdiqləyib. "Düşünürəm ki, "Çaykur Rizespor" matçına qədər özünü mümkün qədər yaxşı hazırlaya və komandada yerini tuta bilər", - deyə Kartal fikrini tamamlayıb. Xatırladaq ki, İstanbul təmsilçisi oktyabrın 3-də Bakı azarkeşlərinin önünə çıxaraq "Turan Tovuz"la maraqla gözlənilən yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
İsmail Kartal AÇIQLADI: Ulduz futbolçu "Turan Tovuz"a qarşı matça çıxacaq - FOTO İsmail Kartal AÇIQLADI: Ulduz futbolçu "Turan Tovuz"a qarşı matça çıxacaq - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər