İdman
Lixtenşteyn futbolçusundan iddialı açıqlama: "Azərbaycanın zəif tərəflərini bilirik"
"Sabahkı qarşılaşmanı səbirsizliklə gözləyirik". Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Lixteynşteyn matçından əvvəl keçirilən mətbuat konfransında rəqib komandanın futbolçusu Alessio Hasler deyib. O, komandanın oyuna ciddi hazırlaşdığını bildirib: "Matça yaxşı hazırlaşmışıq. Bakıya uzun səfər etmişik, lakin komandada əhvali-ruhiyyə yüksəkdir. Hazırlıq prosesini yüksək səviyyədə keçmişik. Bura yaxşı nəticə qazanmaq üçün gəlmişik. Azərbaycanın güclü və zəif tərəflərini bilirik. Qarşılaşmada əlimizdən gələni edəcəyik". Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda Azərbaycan - Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər