Siyasət

Prezident İlham Əliyev DGK-nın bir sıra əməkdaşlarını təltif etdi

29 Jan 2026, 17:17 1 baxış
Prezident İlham Əliyev DGK-nın bir sıra əməkdaşlarını təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Oxu.Az bu barədə President.az-a istinadən xəbər verir. Sərəncamla gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif edilirlər: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə Quliyev Bəhruz Faiq oğlu; Şirinov Natiq Telman oğlu; "Tərəqqi" medalı ilə Alverdiyev Tariyel Mehman oğlu; Məmmədov Elşən Malik oğlu; "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə Alışov Elvin Mahir oğlu; Bayramov Rəşad Fərrux oğlu; Dünyamalılı Emin Əhəd oğlu; Həsənov Rüstəm Abı oğlu; İsmayılov Amid Raqif oğlu; İsmayılov Seyfulla Lətif oğlu; Qasımov Orxan Araz oğlu; Quliyev Arif Mahmud oğlu; Qurbanov Vasif Elçin oğlu; Nəsibov Elxan Şiraslan oğlu; Nuriyev Nurlan Səxavət oğlu; Tağıyev Namiq İntiqam oğlu; Vəliyev Turqut Tehran oğlu.
Mənbə oxu.az

Oxşar Xəbərlər