Dünya
Rusiya və Ukrayna arasında növbəti cəsəd mübadiləsi baş tutdu
Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin növbəti mübadiləsi baş tutub. Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev RBC.ru nəşrinə müsahibəsində məlumat verib. "Rusiya Ukraynaya 1 000 həlak olmuş hərbçinin, Ukrayna tərəfi isə öz növbəsində 38 rus hərbçisinin cəsədini təhvil verib", - deyə parlamentari bildirib.
Xatırladaq ki, əvvəlki oxşar prosedur ötən il noyabrın 20-də baş tutmuşdu. O zaman tərəflər çox sayda cəsədin qalıqlarını mübadilə etmişdilər. Bu məsələ ilə bağlı ilkin razılaşmalar İstanbulda əldə edilib.

Mənbə
oxu.az