İdman
"Qəbələ"nin sabiq qapıçısı I Liqa klubuna keçib
Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" futbol klubu yeni qapıçı transfer edib. Oxu.Az xəbər verir ki, komanda "Qəbələ" klubunun sabiq qapıçısı Əmrah Məmmədlini heyətinə qatıb. 24 yaşlı qolkiperlə mövsümün sonunadək müqavilə imzalanıb. Qeyd edək ki, Əmrah Məmmədli karyerası ərzində "Şimal", "Cəbrayıl", "Araz-Saatlı" və MOİK klublarının formasını geyinib.
Mənbə
oxu.az